İngiltərə Premyer Liqasının "West Ham" klubunun hücumçusu Andi Kerrol yeni sevgilisi TV ulduzu Billi Maklova evlilik təklifi edib.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, ötən həftə xüsusi təyyarə icarəyə götürərək, sevgilisi Billi ilə Romaya gedib. 25 yaşlı futbolçu Andi Kerrol burada sevgilisinə evlilik təklif edib.
Maklov sosial mediada "Bu gecə həyatımın ən gözəl sualını aldım. Yoldaşın olmaq üçün səbirsizlənirəm" yazıb.
Qeyd edək ki, "West Ham" klubunun ulduz futbolçusu keçmiş sevgilisindən 3 il birlikdə olduqdan sonra ayrılmışdı.
Teleqraf.com cütlüyün maraqlı fotolarını təqdim edir :
Rüstəm