Şairə Nazilə Səfərli həyətinə düşən Əbabil quşunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edib.
Teleqraf.com xəbər verir ki, şairə bu haqda sosial şəbəkədə məlumat verib.
"Əbabil quşunu dövlətə təhvil verdim. Bilirəm ki, darıxacağam, amma neyləmək olar?! Hər kəs öz mühitində yaşamalıdır. Dünənki çağırışım nəticəsiz qalmadı", - deyə məlumat verib.