Müğənni Ayan Babakişiyeva “Səndən sonra” adlı yeni mahnı üzərində çalışır.
Teleqraf.com xəbər verir ki, bəstənin sözləri və musiqisi Tural Bayraməliyevə məxsusdur. Hazırlıq prosesi tamamlanmaq üzrə olan “Səndən sonra”da müxtəlif alətlərin ifası yer alıb və bunlar İstanbulda türkiyəli musiqiçilər tərəfindən səsləndirilib.
A. Babakişiyeva bəstə üzərində ötən aydan çalışdığını bildirib. Sənətçi bu formatda mahnı indiyədək oxumadığını söyləyib.
İfaçı "Səndən sonra"ya klip də çəkdirməyə hazırlaşır.
Teleqraf.com fotoları təqdim edir:
Rüstəm