Rusiyada yaşayan məşhur azərbaycanlı bloger Hüseyn Həsənov ölkəmizə gəlib.
Teleqraf.com xəbər verir ki, bu haqda sosial şəbəkədə Zabit Səmədov məlumat verib.
O, Hüseyn Həsənov ilə fotosunu paylaşaraq "Vətənə xoş gəldin!", - deyə vurğulayıb.
Qeyd edək ki, ötən gün Rusiya mətbuatında Hüseyn Həsənovun polis tərəfindən saxlanıldığı haqda xəbərlər yayılmışdı. Buna səbəb kimi "Lamborghini" markalı maşını sərxoş halda sürməsi və tibbi yoxlanışdan keçməkdən imtina etməsi göstərilmişdi.