5 Noyabr 2014 12:27
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

"O Ses Türkiye 2011" seçmə mərhələsində Hülya Avşardan dəstək alan İrem Derici hazırda youtube.com sosial şəbəkəsində Mustafa Sandal, Murat Boz və Hadisədən daha çox izlənir.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2011-ci ildə yarışmada göstərdiyi performansından sonra Hülya Avşar İrem Dericini komandasında görmək istəyib. Digər münsiflərə səslənən Hülya “Sizə inana bilmirəm, deyirsiniz mən anormalam?” Cavabında isə Murat Boz “Sən normalsan, biz anormalıq" deyib.

Qeyd edək ki, İrem Dericinin "Kalbimin Tek Sahibine" klipinə youtube.com-da 71 milyondan çox baxış olub. Murat Bozun Gülşənlə olan dueti "İltimas" 30 milyon, Hadisənin "Nerdesin Aşkım"ı 17 milyon, Mustafa Sandalın "Aşka yürek Gerek" klipi isə 5 milyon izlənilib.

Teleqraf.com videonu təqdim edir :

Rüstəm


Müəllif: