Aparıcı Zümrüd Bədəlova Azad Azərbaycan televiziyasında qonaq olub.
Teleqraf.com xəbər verir ki, avtomobil qəzası keçirən Zümrüd Bədəlova hadisənin təfərrüatlarından danışıb:
"Avtomobilimi vuran şəxs ifadə verdi ki, qəflətən önünə çıxmışam, arada beş metr məsafə var idi. Amma görür ki, nə qədər məsafə var. Mənə irad tutdular ki, sayrışan işıqları yandırmısınız. Hətta sağ-sola dönəndə də sayrışan işıqları yandırıram. Mənə heç kim səhv tuta bilməz. Bilirəm ki, orada dayanmaq bir az təhlükəlidir. Amma insan özünü pis hiss edəndə nə etməlidir?! Burnumda çat var, prodüserim də zədə aldı. Onun xəsarəti daha böyük idi. Qəza zamanı elə bildim ki, ölmüşəm. Qıza dedim ki, əl-ayağım yerindədir? Əlim əsə-əsə ilk öncə atama zəng etdim ki, qəza keçirdim. Bilin ki, salamatam".
Qeyd edək ki, Zümrüd Bədəlova avtomobilini yol kənarında saxladığı zaman digər sürücü aparıcının maşınını vurub.