12 İyul 2021 16:50
1 985
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Samir Bağırov üç illik fasilədən sonra yenidən şou-biznesə qayıtmaq qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, yeni layihəsinin işıq üzü görməsilə əlaqədar sənətçi bölgələrin birində fotosessiya etdirib.

Fotosessiyanı Maluma, Prins Roys və bir sıra hollivud ulduzlarla çalışan əslən azərbaycanlı olan fotoqraf Nika Vəkilova həyata keçirib.

Sevilən ulduzun obrazları üzərində dünyaca məşhur modelyer, həmyerlimiz Günay Bornak çalışıb.

Samir Bağırov tezliklə maraqlı layihələr edəcəyini bildirib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər