5 Noyabr 2014 17:08
3 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə xəyanətə məruz qalan ər boşandığı yoldaşının sevgilisindən 10 min lirə təzminat alıb.

Teleqraf.com “Olay” qəzetinə istinadən xəbər verir ki, hadisə Bursanın Osmangazi məhəlləsində baş verib. 43 yaşlı ər A.G 38 yaşlı H.G ilə 19 il əvvəl evlənib. Cütlüyün evlilikdən bir uşaqları olub. A.G 8 il əvvəl yoldaşını yorğan altında gizlicə biri ilə mesajlaşarkən tutub. Gənc qadın internetdə tanış olduğu adamı heç görmədiyini, əyləncə xatirinə mesajlaşdığını deyib. A.G “bir daha yazışmayacam” deyən və and içən yoldaşını bağışlayıb. İki il sonra yoldaşını mesajlaşarkən tutan A.G məhkəməyə boşanma iddiası ilə müraciət edib. Cütlük məhkəmə qərarı ilə boşanıb.

A.G yoldaşı ilə əlaqə quran M.K-ya qarşı təzminat iddiası açıb. M.K məhkəmənin qərarı ilə 10 min TL (təxminən 3500 azn) təzminat ödəməyə məhkum edilib.

Rüstəm


Müəllif: