Xalq Artisti Məleykə Əsədova ilə MTV Azərbaycan kanalında yayımlanan “Üzə-düz” verilişində qonaq olub.
Teleqraf.com xəbər verir ki, Məleykə Əsədova etirafları ilə diqqət çəkib:
“Həmişə istəyirəm ki, aktyorlar son mənzilə səhnədən yola salınsın. Amma aktyorlarımızın çoxu səhnədən yola salınmayıb. Telman Adıgözəlov, Əjdər Həmidov, Rafael Dadaşov...Düzdür, buna pandemiya da səbəb oldu. Rafael Dadaşov vəfatından 2-3 ay öncə “Şöhrət” ordeninə layiq görüldü. Aktyor nə istəyir? Alqış, sevgi...Biz sənət fədailəriyik. Ulu öndərimiz Heydər Əliyevə Allah rəhmət eləsin! Bizim tamaşalarımıza gəlirdi, ruhlanırdıq. Deyirlər ki, aktyorun mükafata layiq görülməsi üçün filan qədər yaşı olmalıdır. 60 yaşa çatırıq ki?! Mənim ürəyim xəstədir. 60 yaşa çatmamış, bir də görürsüz ki, dünyamızı dəyişirik. Sənət adamlar çox həssas, duyğusal olurlar. Mən görünüşcə cavan qala bilərəm, səhnədə nə boyda obrazlar yaratmışam. Biz efirlərə də pulsuz gedirik, özümüzü fəda edirik. Bunu etməliyik, bizim borcumuzdur. Mən də öz şerlərimlə vuruşuram. Sənət adamlarına vaxtında qiymət vermək lazımdır. Bəlkə kimsə 50-60 il səhnədədir. Mənim obrazlarıma qiymət verin! Səhnədə barmaqla sayılası aktyorlar var, onlardan biri də mənəm. Səhnədən başqa heç bir şey bacarmıram, biznes də bacarmıram. Bir evim var, onu da neçə ildir ki, satışa qoymuşam. Sata bilmirəm ki, onu bölüm, ailə üzvlərimə də kömək edim. Biz bunları dilə gətirməməliyik! Aktrisa ucada, əlçatmaz olmalıdır. Məni səhnədə tamaşalarımla görməlidirlər, qəlbimi küsdürməməlidirlər!”.