Aktrisa Pərvin Abıyeva ARB televiziyasında yayımlanan "Onun sirri" verilişində qonaq olub.
Teleqraf.com xəbər verir ki, Pərvin Abıyeva şəxsi həyatı haqqında etirafı ilə diqqət çəkib:
"18 yaşım olanda ərə getmək və dörd övladımın olmasını istəyirdim. İndi artıq gecdir, iki övladımın olmasını istəyirəm. Sənətimi, işimi atıb, ev qadını ola bilərəm. Təbii ki, çox böyük sevgi olsa... Bəlkə də, kənardan düşünürsünüz ki, bu insana heç kim güvənmir, heç kim evlənmək istəmir. Mənə çox insanlar evlilik təklif edib. Biri var sevdiyin insan, biri də var sevmədiyin insan. Mən azad ruhlu insanam, azadlığım üçün çox şey edərəm. Sevmədiyin insanla da evlənmək, özünü qəfəsə salmaq deməkdir. Subay qalmağım bundan irəli gəlir. 42 yaşında kişi evlilik təklif etmişdi, onda 20 yaş fərqimiz var idi. Mənə deyəndə ki, elçi göndərim, dünyanın harasında istəsən toy mərasimi edim, yaşayaq. İstəyirsən sənin üçün Maldivdə toy mərasimi edim, yetər ki, "hə" de. O zaman çox çılğın idim. Dedim ki, sabah valideynlərim deməz ki, niyə atan yaşda kişiyə ərə getmisən. O da dedi ki, mənim də ailə üzvlərim deyəcəklər ki, sən niyə qızın yaşda xanımla ailə qurursan. Nə qədər də azad olsan, el qınağı var".
Aktrisa keçmiş nişanlısının ona psixoloji şiddət göstərdiyini də bildirib:
"Həyatımda bir insan var idi. O zaman xəstəlik tapdım, nevroz oldum. Yaşına qədər yalan danışmışdı, xəstə ruhlu insan idi. Onu sevmirdim, amma anamın təkidi ilə nişan mərasimi baş tutdu. Artıq onun yalanları başlayandan sonra anam gördü ki, bu münasibət olmaz. Mən isə anama əsəbi olduğuma görə, onunla münasibətimə davam etdim. Qara günlərim başladı, üç il şantaj elədi. Valideynlərimlə hədələyirdi, məni güdürdü. Əsəbdən mədə və təzyiq xəstəliyi başladı. Yemək yeyə, danışa bilmirdim. Psixoterapevtlərə getdim, heç bir dərmanın faydası olmurdu. Bir gün həkim mənə çox ağır dərman yazdı və dedi ki, bunun da faydası olmasa artıq variantımız yoxdur, psixoloji xəstəxanada yatmalısan. Xəstəxanada yatmaq məsələsini rədd etdim. Söz verdim ki, özümün psixoloqu olacam. 21 yaşımda ayrıldıq. Sən demə başına oyun açan tək qadın deyilmişəm, 6 qadına bu şiddəti yaşadıb. Rusiyada həbsə düşdü. Azərbaycana gəlib evləndi. Hazırda başına oyun açan xanımlardan biri ilə evlidir. Qız övladları var. İki il əvvəl xanım başını kül qabı ilə yaran şəkilini atıb, kömək istəmişdi. Dedim ki, məni narahat etmə. Çünki evlənmədən öncə ona kömək etməyə hazır idim. Görüşmüşdüm və demişdim ki, polisə şikayət et, yanındayam".