6 Noyabr 2014 15:06
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rejissor Kənan M.M-in həyat yoldaşı, müğənni Aygün Mahmudova möhkəm ailənin sirlərindən danışıb.

Teleqraf.com axşam.az-a istinadən xəbər verir ki, ifaçı eyni zamanda öz ailəsindən də bəhs edib:

“İdeal ailə olmur, möhkəm ailə var. Çünki ideal insan yoxdur. Hər bir adamın qüsuru var. Qadının da, kişinin də ideal olmayan yönləri olur. Möhkəm ailənin də güclü bağları bir-birini bu qüsurları ilə qəbul etməklə yaranır. Ailədə mehribançılığa görə güzəşt olunmalıdır. Kişinin əsəbi halında qadın susmalıdır, onu yola verməlidir. Əgər qadın da əsəbi kişiyə qoşulub dava etsə, bu, ailə olmayacaq. Mən öz ailəmdə görmüşəm: atam əsəbləşib qışqıranda anamın əl-ayağı əsirdi. Kişi elə-belə varlıq deyil. Bəzən deyirlər yük qadının üstündədir. Qadın evdə işləyir, evdarlıq edir, övlad böyüdür. Kişi isə çöldə işləyir, səhər evdən çıxır, axşam necə əlidolu qayıdacağını düşünür. Deyirlər ailə qurduqdan sonra sevgi bitir. Belə deyil. Bizim ailədə məhəbbət ilk tanışlığımızdakından da çoxdur. Uşaq olduqca kişinin xanımına sevgisi də artır. Kənan həmişə deyir ki, övladımın sayı artdıqca sənə sevgim də çoxalır. Eşq bitən ailənin sonu yoxdur, istər-istəməz dağılacaq. Əsl sevgi bir ömür boyu davam edəcək”.

A.Mahmudova övladlarından da söz açıb. O, “Yenidən ana olmaq istəyirsiniz” sualına belə cavab verib:

“Bu, Allahın işidir. Qismətdə varsa, üçüncü uşaq da olacaq. Övlad böyütmək asan deyil. Onu düzgün tərbiyə etməlisən. Bütün günü evdə uşaqlarla oluram, onlar üçün hər şey edirəm. Amma atalarından daha çox çəkinirlər. Atanın dediyi bir kəlməni qəbul edirlər. Kənan hər zaman uşaqlara öyrədir ki, ananızı hamıdan çox istəyin. Onun sözündən çıxmayın. Bizim ailə bu cür dəyərlər üstündədir”.


Müəllif:

Oxşar xəbərlər