Xalq artisti Röya Ayxan Teleqraf.com-a eksklüziv müsahibə verib.
Müsahibəni təqdim edirik:
- Ağdam işğaldan azad edildi. Ağdamlı olaraq doğma şəhərinizə nə zaman getməyi düşünürsünüz?
- Bəli, mən nəhayət, Ağdamı görəcəm... Nə zaman icazə verilsə, Ağdama gedəcəm. Torpaqlarımız minalardan təmizlənsiz. Bizə təklif gələn kimi oraya gedəcəyik.
- Qarabağla bağlı hansısa layihə edəcəksinizmi?
- Bu mövzu ilə bağlı Miri Yusiflə görüşdük və müzakirə apardıq. İnşallah, layihə hazırlayıb, Mədəniyyət Nazirliyinə təqdim edəcəyik. Bizə sadəcə dəstək versinlər, başqa hər şeyin yükünü özümüz çəkəcəyik. Böyük bir konsert eplanlaşdırırıq. Konsert proqramını gələn il üçün nəzərdə tutmuşuq.
- Oğlunuz Hüseynlə istirahətə getdiniz...
- Bəli, Hüseynlə istirahət etdik. Avqust ayında isə Nailə Mirməmmədlinin ailəsi və dostlarımla birgə istirahəti düşünürk.
- Toy mərasimlərinə iyunun 1-dən start verildi. Səhnə üçün darıxmışdınızmı?
- Mən xaraktercə darıxan insan deyiləm. Çalışın məndən küsməyin, hər zaman yanınızda olum. Mən insanları görməyəndə unuduram. Anam mənə deyir ki, uşağın özünə oxşasın... Keçən dəfə anamla görüşürəm, deyir, üç ildir bir-birimizi görmürük... Xaraktercə soyuq insanam.
Toylar üçün darıxmağıma gəlincə, buna da yox deyəcəm. Geyinib səhnəyə çıxmaqdan, sərbəst yaşamaqdan ötrü darıxmışdım. Mən istəyirəm ki, gənclərimiz evlənsinlər. Nə qədər əsgərlərimizi itirdik, yenidən oğlanlar dünyaya gəlməlidir.
- Həmkarınız Elnarə Xəlilovanı bloka atmağınız haqqında xəbərlər yayılmışdı. Onu blokdan çıxarmısınızmı?
- Bəli, biz ondan sonra Elnarə Xəlilova ilə danışmışıq.
- Yenə İnstaqram səhifənizi sıfırlamısınız? Buna səbəb nədir?
- Düzdür, İnstaqram səhifəmi sıfırlamışam. "WhatsApp" da istifadə etmirəm. Hələlik belə davam edəcək.
- Röya xanım, şəxsi həyatınızda kimsə varmı?
- Elə bilirdim ki, hər zaman sevgilim olmalıdır, belə yaşaya bilmərəm. Amma başa düşdüm ki, insan böyüdükcə, yaşı artıqca çox adama inanmır. Ona görə də seçim etməyə başlayırsan və həyatında heç kim olmur. Şəxsi həyatımda heç kim yoxdur...