“Avroviziya-2009” mahnı müsabiqəsinin qalibi Aleksandr Rıbak Türkiyədə baş verən meşə yanğınlarından yazıb.
Teleqraf.com xəbər verir ki, Aleksandr Rıbak İnstaqramda hekayə bölümündə qardaş ölkəyə dəstəyini bildirib: "Türkiyə üçün dua edirik".
Qeyd edək ki, Aleksandr Rıbak 2009-cu ildə Avroviziya mahnı müsabiqəsində Norveçi təmsil edib.