Muğam Müsabiqəsinin qalibi Güllü Muradova ilk dəfə həyat yoldaşı ilə efirə çıxıb.
Teleqraf.com xəbər verir ki, ailə quraraq Almaniyaya köçən Güllü Muradova ATV-də şəxsi həyatından danışıb:
"Bir ay yarımdır Azərbaycan gəlmişik. Beş ildir ki, Almaniyada yaşayıram. Rasimin ailəsi əvvəl Mingəçevirdə yaşayırdı. Sonra İsrailə, oradan isə Almaniyaya köçüblər. Amma Azərbaycana tez-tez gəlib-gediblər. Muğam müsabiqəsində tanış olmuşuq. Rasim Azərbaycana gəlmişdi. Təsadüf nəticəsində görüşdük".
Muğam ifaçısının həyat yoldaşı Rasim isə belə deyib: "Mingəçevirliyik, 20 ildir ki, Almaniyada yaşayırıq. Turizm Akademiyasını bitirmişəm. Hazırda biznes ilə məşğul oluram. Muğamı çox sevirəm. Müsabiqəyə baxırdım, o zaman Güllü xanım xoşuma gəldi".