Müğənni Könül Kərimova Cabbar Musayevin mahnılarını oxumaq istəməyib.
Teleqraf.com xəbər verir ki, bəstəkar Cabbar Musayev bu barədə “Günəbaxan” verilişində qonaq olarkən aparıcı Kamran Həsənlinin “Könül xanım sizin mahnınızı oxumaq istəmir. Ətrafda belə ab-hava yaranıb” sualına belə verib.
“Bu cür hal bir dəfə olub. Mən “Unuduldum” mahnısını yazdım. Könül xanım istəmədi, oxumadı. Dedi, bunu Röya ifa etsin. Söylədim yaxşı fikirləş, dəqiq? Dedi, “hə”. Verdim Röyaya oxudu, hit oldu”.
K.Kərimova bir vaxtlar tamaşaçılarından küsdüyünü etiraf edib:
“Bir an gəldi ki, qəlbim küsdü. Layiqli mahnılar oxuduqca gördüm əhəmiyyət vermirlər. Fasilə etdim. Amma dözmədim, geri döndüm, dedim səhv etmişəm. Yenidən oxumağa başladım. Hətta bir ara lirik mahnılara da ara verdim. Dedim, Cabbar, bir az ritmik bəstələr yaz. İndi görürəm ki, tamaşaçı bizim ifamızı alqışlayır. Bu cür alqışlar çoxaldıqca bayağı mahnıları sıradan çıxara bilərik”.
Rüstəm