Xəzər TV ilə yollarını ayıran aparıcı Xoşqədəm Hidayətqızının yeni mövsümdə ARB televiziyasında fəaliyyətə başlaması haqqında yayılan xəbərlərə teleşirkət rəsmi münasibət bildirib.
ARB 24 MMC-nin mətbuat xidmətinin rəhbəri Mail Əsgərov Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:
"ARB telekanalı növbəti mövsümə hazırlıqlara may-iyun aylarından başlayıb. Xoşqədəm Hidayətqızının “Xəzər” telekanalından ayrılması ilə bağlı xəbəri biz də mətbuatdan yeni öyrənmişik. Oktyabr ayında başlayacaq yeni mövsümlə bağlı konsepsiyamız artıq hazır olduğundan Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişinin ARB telekanalında yayımı nəzərdə tutulmayıb".