Xalq artisti Faiq Ağayev "İmam Mehdi" adı ilə dələduzluq edən şəxslə bağlı sosial şəbəkədə paylaşım edib.
Teleqraf.com xəbər verir ki, Faiq Ağayev həmin şəxsi tənqid edib: "O, yalançı "İmam Mehdi"ləri bir kənara qoyun, adı üstündə "moşennik"dirlər. Bəs, onlara inanan, sonuncu qəpiyindən belə keçən cahil, avam, geridəqalmış, savadsız kütlə? Onları da sevdiyiniz "zarafat"dakı kimi bura Pakistandan göndəriblər?
İnternetdə "cinçıxarma", "ərqaytarma", "bəxtaçma" elanlarından can qurtarmaq olmur. Hələ də Əfqanıstanın orta əsrlərdə qalmasına heyrətlənirsiz?!"
Qeyd edək ki, Aqil Babayev adlı şəxs özünü 12-ci "İmam Mehdi" kimi təqdim edərək insanlar qarşı külli miqdarda dələduzluq edib.