Müğənni Şəbnəm Tovuzlu artıq çəki aldığı üçün onu tənqid edənlərə od püskürüb.
Teleqraf.com xəbər verir ki, Şəbnəm Tovuzlu tanıdığı insanları hədəf alıb:
"Görəsən, bizim bəzi qadınlarımızın qəlbi nə zaman təmizlənəcək? Axı, niyə bu qədər qəlbiqarasınız?! Bəli, mən bir ay əvvəl 78 kiloqram idim, hazırda 69 kiloqram çəkidəyəm. Bunu sevənlərimlə bölüşürəm, xoşu gəlməyənlərin burada nə işi var?
Hərdən düşünürəm ki, mən hər kəslə insan kimi davranan mehriban biriyəm. Tanıdığım bəzi insanlara nə etmişəm? Allah şəfanızı versin, nə deyim axı?!"