Türkiyədə fəaliyyət göstərən aktrisa Məlahət Abbasova millət vəkili Qənirə Paşayevanın bacısı Kəmalə Paşayevanın nikah mərasimindən görüntülər paylaşıb.
Teleqraf.com xəbər verir ki, Həsən adlı Türkiyə vətəndaşı ilə ailə quran Kəmalə Paşayevanın özəl günündə Məlahət Abbasova qızı ilə iştirak edib.
Aktrisa toy mərasimindən görüntüləri İnstaqram səhifəsində paylaşıb.
Azərbaycandan dəvət edilən qonaqlar sırasında əməkdar incəsənət xadimi Aygün Səmədzadə də yer alıb.
Qeyd edək ki, toy mərasimi ötən gün İstanbulda Sait Halim Paşa Yalısında baş tutub.