31 Avqust 2021 14:14
2 224
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Mətanət İsgəndərlininin oğlu Kərimlə həyat yoldaşı Canananın ötən gün məhkəməsi baş tutub.

Canana Teleqraf.com-a açıqlamasında deyib ki, məhkəmə sentyabrın 6-dək təxirə salınıb:

"Məhkəməni yenə də uzatdılar. Bu qədər məhkəmə uzanar?! Övladlarımın taleyi həll edilmir, hərəsi bir tərəfdə qalıb. Uşaqların ataları onların beyinlərinə salıb ki, siz mənimlə yaşayacaqsınız, məhkəmə belə qərar verib. Uşaqlarımın hərəsi bir tərəfdə qalıb. Allah yolumu açsın, inşallah, sentyabrın 6-da məhkəmə baş tutar.

Böyük oğlum Tuncay qardaşımın, mən dayımın, balacalar isə Mənanət xanımın evində qalırlar. Hərəmiz bir yerə atılmışıq. Mətanət xanımın evində qalan övladlarım qulluqçuların və sürücünü ümidinə qalıb. O, Türkiyəyə təzə doğulmuş nəvəsinin yanına gedib. Kərim isə öz həyatını yaşayır".

Qeyd edək ki, Kərim ilə Cananın üç övladı var. İyulda baş tutan məhkəmənin qərarına əsasən Cananadan övladları alınıb.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər