Müğənni Nadir Qafarzadə məclislərin birində Ayan Babakişiyeva ilə səmimi görüntülərinin yayılmasına görə üzr istəyib.
Teleqraf.com xəbər verir ki, Nadir Qafarzadə İnstaqramda canlı yayım açaraq bir daha hərəkətini təkrarlamayacığını deyib:
"Düşünürəm ki, düzgün etməmişəm. Ad gününə getmişdim və bir az içki qəbul etmişdim. Özümü o cür aparmaq mənə yaraşmırdı. Hər zaman insanlara nümunə oldum. Oldu və bir daha belə hallar olmayacaq. Utanıram. Doğrudan xəcalət çəkirəm. Səhv hər kəsin həyatında olur. Bu da mənim səhvlərimdən biridir. Bunu böyük günah kimi boynuma yazmayın.
İnşallah ki, məni bağışlayarsınız. Çox üzr istəyirəm. Düzdür, heç kimə ziyanım dəyməyib. Qayda-qanun pozmamışam, amma anlayıram ki, düzgün hərəkət etməmişəm. İnsan səhvini anlayıb, üzr istəyirsə, bu normaldır".
Qeyd edək ki, Nadir Qafarzadənin rəqs edərkən Ayan Babakişiyevanı öpməsi tənqidlərə məruz qalıb. Doğum günündən görüntüləri müğənni Günel Ələkbərova şəxsi İnstaqram səhifəsində paylaşıb.