Müğənni İradə İbrahimovanın bacısı Nigar İbrahimovanın sahib olduğu gözəllik salonunda mübahisə yaranıb.
Nigar İbrahimova Teleqraf.com-a açıqlamasında hadisənin səbəbini açıqlayıb.
Onun sözlərinə görə, salonun müştərisi olduğunu iddia edən qadın obyektə ziyan vurub: "İnsanın sanki problemi var idi. Bir şəxs gözəllik salonumuza gəlib və deyib ki, müdriyyəti görməliyəm, obyekt bağlanmalıdır. O, salonumuzun daimi müştərisi də deyil. Deyib ki, bir ay əvvəl bizim salonumuzda olub, dərisi səpib. Amma üzündə səpki yox idi. İnsan üç gün, on dörd gün ərzində səpər. Analiz götürüldü, hər şey sübut edilib.
Bir gündə üç məkana basqın edib. İkisində problem yaradıb, üçüncüdə isə ayıq olublar, ona imkan verməyiblər. Ərizə yazıb, şikayət etdik. Dövlət qurumları bu işə baxacaqlar. Şərəf və ləyaqətimizi alçaltdığına görə, hüquq-mühafizə orqanların şikayət etmişəm. Bizə şər-böhtan atır. Dediyim kimi bildirir ki, bir ay əvvəl lazerdə olub. Bizim belə bir müştərimiz olduğunu xatırlamırıq. Salonumuza beş min manat dəyərində zərər vurub. Təzminatını ödəməlidir. Salonda güzgüləri, kassanı, poçt terminalını sındırıb. Dövlət qurumları bu işlə məşğul olur, tez bir zamanda nəticə çıxar".