4 Sentyabr 2021 13:38
4 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prodüser Tarix (Tolik) Əliyev aparıcı Xoşqədəm Hidayətqızının yeni mövsümə iddialı qayıdacağı ilə bağlı paylaşım edib.

Teleqraf.com xəbər verir ki, Tarix Əliyev İnstaqramda hekayə bölümündə Xoşqədəm Hidayətqızı ilə fotosunu paylaşaraq "Sən mənim 20 ildən artıq dostumsan, hər zaman təmkinli, səbrli olmağına həsəd aparmışam. Bəziləri tez sevindi, amma çox yaxında sizə elə bir sürpriz var ki, dəli olacaqsınız", - deyə qeyd edib.

Qeyd edək ki, Xoşqədəm Hidayətqızı Xəzər televiziyası ilə yollarını ayırıb.


Müəllif: Rəqsanə Həsənova