Aparıcı Zümrüd Bədəlova sosial şəbəkə izləyicilərinin suallarını cavablandırıb.
Teleqraf.com Zümrüd Bədəlova ilə qısa müsahibəni təqdim edir.
- Keçmiş həyat yoldaşınızı hələ də sevirsiniz?
- Mən ürəyimlə deyil, məntiqimlə ailə qurdum. Əziz qızlar sevin, dəli kimi vurulun və yuva qurun.
- Yalnız bir qadın olaraq qız uşağını böyütmək çətindir?
- Allah həm ata, həm də ana olan qadına güc verir.
- Yeni Yasamalda yaşayırsınız?
- Təəssüf ki, bəli. Ən böyük arzum buradan köçməkdir. Səbəbləri çoxdur.
- Qızınız atası ilə görüşür?
- Ancaq görüntülü danışırlar, atası burada yaşamır.
- Sevgiliniz varmı?
- Yalnızam...İnanın ki, tək olmamağı sizdən çox arzu edirəm. Amma olmur. Gözəlliklə deyil, şans, naxış söhbətidir.