7 Sentyabr 2021 16:16
1 553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Brilliant Dadaşova ailəsi ilə birlikdə koronavirusa yoluxub.

Teleqraf.com xəbər verir ki, Brilliant Dadaşova bu haqda İnstaqramda video paylaşaraq məlumat verib:

"Ailədə hamımız koronavirusa yoluxmuşduq. Çox şükür ki, bitdi. Virusa yoluxanda halım yox idi. Evdəkilər məndən öncə yoluxmuşdular. Evə bir həkim gəldi, resept yazdı. Yaxşı ki, vaksin vurdurduq, ona görə virusu yüngül keçirdik.

Yaxınlarına insan özü baxmalıdır. Həkimin yazdığı üç resepti xalam oğlunun həyat yoldaşına göndərdim. O dedi ki, bu nə dərmanlardır?! COVİD sizin evdəkiləri öldürməz, amma bu dərmanlar yüz faiz öldürər. Ağır dərmanlardır. Həkimə 500 manat da pul vermişdim. Onun yazdığı müalicəni etmədik".



Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər