11 Noyabr 2014 09:37
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin tanınmış aktrisası Ceyda Atəşin paparasilərin obyektivinə tuş gəlib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bebekdə mağazalardan birinin açılışına qatılıb. Qarnının nisbətən böyüklüyü ilə diqqət çəkən aktrisa jurnalistlərin “Hamiləsiniz” sualına belə cavab verib:


“Xeyr. Qətiyyən belə bir şey yoxdur”.

O, sevgilisi Buğra Toplusoyun onu aldatması iddiaları da inkar edərək “Bu xəbərlərin heç bir əsası yoxdur”, - deyə açıqlama verib.

Qeyd edək ki, iş adamı Turqut Toplusoyun oğlu olan Buğra ötən ay Parisda fransız gözəllə birlikdə öpüşərkən görüntülənmişdi.

Rüstəm


Müəllif: