Məşhur amerikalı müğənni-aktrisa Selena Qomez xeyriyyə gecəsinə qatılıb.
Teleqraf.com xəbər verir ki, 22 yaşlı aktrisa ötən gün Beverli-Hillzdə "Unlikely Heroes Awards”ın 3-cü ildönümü mərasimində görüntülənib. İfaçı seksual cinayətin qurbanları olan uşaqlara yardım məqsədilə təşkil edilən xeyriyyə gecəsinə “Versace” markasından olan ağ kostyumda qatılıb.
Selena geyimini uzun sırğaları və qızılı rəngli ayaqqabıları ilə tamamlayıb.
Teleqraf.com ifaçının yeni fotolarını təqdim edir :
Rüstəm