15 Sentyabr 2021 17:00
4 610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Brilliant Dadaşova Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik.

- Brilliant xanım, doğum gününüzü qeyd edirsiniz. Təəssüratlarınızı eşitmək istərdik...

- Heç vaxt təmtəraqlı doğum günü qeyd etməmişəm. Öyrəşməmişəm ki, yuxarı başda oturum və sair. Xoşlamıram... Özüm üçün yox, yaxınlarımdan ötrü doğum gününü qeyd etməyi sevirəm. Bəlkə evdə sonbeşik olduğuma görə belə düşünürəm. Bacılarım üçün gözəl, təmtəraqlı ad günü keçirirdilər. Mənə "kukla" bağışlayırdılar, onunla kifayətlənirdim. Ad günlərimin təmtəraqlı olmasına öyrəşməmişəm.

Doğum günüm, sentyabrın 15-i çox gözəl bir gündür. Nuru Paşanın Azərbacana gəldiyi gündür. Ulu öndərimiz Heydər Əliyevin fərmanı ilə 15 sentyabr Bilik Günü kimi qeyd edilir. Mənim üçün 15 sentyabr 365 günlərdən biri və sıradan deyil. Çox xoşdur.

Bilik Günü olduğuna görə bir neçə dəfə Heydər Əliyev Sarayında konsetdə olmuşam, Ulu öndərimiz sağ olanda. Heydər Əliyev hər zaman konsertlərə gəlir və səhnə arxasında bizimlə görüşürdü.
Bu mənim üçün böyük və özəl təbrik olurdu. Səhnədə olmaq xoş təəssüratlar yaradırdı.

Əlbəttə, ad günüm mənim üçün də özəl gündür, dostlar sağ olsunlar. Minlərlə insanın diqqətini görürəm, Almaniyadan, Amerikadan, Hollandiyadan, Türkiyədən, Azərbaycanın bir çöx bölgələrindən təbriklər alıram. Sağ olsunlar.

- Sizə oğlunuz Cahad bəy və həyat yoldaşınız Ədalət Hacıyevin sürprizi nə oldu?

- Hələ tortu kəsməmişəm (gülür). Cahad tortu gətirəcək. Yuxudan oyanan kimi ilk öncə onlar məni təbrik etdilər. Ailəlikcə gecələr yatmırıq. Yatmağı xoşlamırıq. Gec yatıb, tez oyanırıq. Mənə çiçəklər gəlir, dostlar çox sağ olsunlar.

- Koronavirusa yoluxmuşdunuz, hazırda səhhətiniz necədir?

- Səhhətim yaxşıdır. Yaxşı həkimlərimiz var olsun. Bilməyənlər də öyrənməyə çalışsınlar. Çünki ölkədə yaxşı həkimlərin olması önəmlidir. Özü də indiki şəraitdə...


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər