16 Sentyabr 2021 17:02
2 565
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rəfiqə dediyim insanlar mənim yanımdadırlar, mən də onların. Bu demək deyil ki, mən hər gün onlarla görüşürəm. Ətrafımı bir çox qız və oğlanlardan təmizlənişəm. Nəzərinizdə tutduğunuz bir nəfəri deyirsinizsə, o, özü məni itirib. Onu uzaqlaşdırmışam".

Teleqraf.com xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva keçmiş rəfiqəsi, model Səmra Hüseynova haqqında İnstaqramda canlı yayım açarkən deyib.

Aktrisa şəbəkə izləyicilərinin "Ailə qurmağı düşünürsünüzmü?"sualına "Xeyr" cavabı verib.

Aktrisa vətən müharibəsi dövründəki yardım apararkən çətinlik yaşadığını da deyib: "Yardım apararkən foto paylaşdım, ağzına gələni yazdılar. Dedilər ki, özünü göstərməyə gedib. Amma heç kim ora hansı çətinliklə getdiyimizi bilmədi".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər