Zığda modul tipli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən müğənni Səyyad Əlizadənin bacısı kömək istəyib.
Teleqraf.com xəbər verir ki, Səyyad Əlizadənin bacısı prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya videomüraciət ünvanlayıb: "Bütün Azərbaycanın ümid yeri, sevimli prezidenti İlham Əliyev və hamıya kömək olan Mehriban xanım Əliyeva, mən müğənni Səyyad Əlizadənin bacısıyam.
Səyyadım indi zülmətdədir, sizdən kömək istəyirik. Bəhram Bağırzadəni həyat qaytaran həkimlər, Səyyad Əlizadəni də qaytarsınlar. O, bizim hər şeyimizdir, bütün nəslimizin sevincidir. Ümid yerim sizsiziniz, kömək edin!"