Aparıcı Vüsalə Əlizadə vəfat edən qardaşı Əlihüseyn Əlizadənin məzarını ziyarət edib.
Teleqraf.com xəbər verir ki, Vüsalə Əlizadə qardaşı haqqında kədərini dilə gətirib:
"Dağ boyda qardaşı itirən bacıyam. Deyirlər ki, 33 yaş cənnət yaşıdır. Bu yaşında cənnətlə mükafatlanan igid qardaşım. Beş ildə üzünü beş ay görmədim, bilərəkdən uzaq oldun?! Bizi bu gün üçün hazırlayırdın? Deyirdin ki, vətən sağ olsun! Sənki bu dünyadan heç doymamışdın. Niyə atamla bəhsə girdin? Qara daşa kimin adı daha çox yaraşacaq?! Atamın iyini səndən alırdım. Başımı sənin sinənə qoyanda düşünürdüm ki, dünya qarşıma çıxsın... Sən ki, vəfasız deyildin. Məni niyə yarı yolda buraxdın? Bu qara daşdan sənin qoxun gəlmir. Diləyimi sənə əmanət etmişdim, ay vəfasız, sən Rafaelini mənə əmanət etdin".
Qeyd edək ki, Vüsalə Əlizadənin qardaşı Əlihüseyn Əlizadə ötən ay yol qəzasında dünyasını dəyişib. Mərhum Dövlət Sərhəd Xidmətinin zabiti olub.