Xalq artisti Nazpəri Dostəliyeva əməliyyat olunması haqqında yayılan xəbərə reaksiya göstərib.
Xalq artisti Teleqraf.com-a açıqlamasında yayılan məlumatları təkzib edib.
"Evimdəyəm, oturmuşam. Əməliyyat edilməmişəm", - deyə o, qeyd edib.
Xatırladaq ki, mətbuatda Nazpəri Dostəliyevanın yıxılaraq qolunun zədələndiyi və əməliyyat olunduğu haqda xəbərlər yayılıb.