6 Oktyabr 2021 12:50
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanfilm" kinostudiyası və Türkiyənin "Dada Yapım" şirkətinin birgə istehsalı olan "Fulya" filminin Türkiyədə qala gecəsi baş tutub.

Teleqraf.com xəbər verir ki, "Fulya" oktyabrın 8-dən Türkiyədə kinoteatrlarda nümayiş olunacaq.

Filmin qalasına Fulya Öztürk, CNN kanalının operatoru Halil Kahraman, aktyor Hakan Bilgin, Azərbaycandan aktrisa Pərvin Abıyeva və bir çox qonaqlar qatılıblar.

Filmdə vətən müharibəsi dövründə müharibənin acı həqiqətləri Fulya Öztürk vasitəsilə dünyaya çatdırılıb.

Filmin ssenari müəllifi və rejissoru Tahir Tahiroviç, təsvir rejissoru Cengizhan Durmaz, prodüserlər Fariz Əhmədov və Özcan Dadadır. Çəkilişləri Gəncə, Tərtər və Şuşada baş tutub.



Müəllif: Rəqsanə Həsənova