6 Oktyabr 2021 21:17
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Tünzalə Ağayeva tənqidi fikirlər bildirib.

Teleqraf.com xəbər verir ki, Tünzalə Ağayeva sosial şəbəkədə bu sözləri yazıb:

“Güclü, özgüvəni yüksək, zəkası, intellekti, zövqü üstün, uğura sevinən, paxıllıqdan, cılızlıqdan uzaq olanı cəmiyyətin cahil qismi, psixoloji travmalı insanları qəti həzm etmir və etmə qabiliyyəti yoxdur.

Təəssüf ki, belə insanlar önəmli məqamı qaçırırlar, əllərinin, ağıllarının çatmadığı insana, ünvana “cahilliklərini, komplekslərini nümayiş etdirməklə”, onlara verilmiş yeganə ömrü boşa xərcləyirlər. Son peşmançılıq fayda verməyəcək, axı… Özünüzə rəhminiz gəlsin”.


Müəllif: Teleqraf.com