7 Oktyabr 2021 11:37
1 321
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Nazpəri Dostəliyeva oğlu Əli Quliyevin məzarını ziyarət edib.

Teleqraf.com xəbər verir ki, Nazpəri Dostəliyeva ATV-də oğlu Əli Quliyevin ölümü haqqında danışıb.

"Şəhidlərin məzarının başında dayanıb, daxilimdə hansı hisslər keçirirdimsə, indi də elə dayanmışam. Çünki oğlum şəhidlərin heç birindən artıq deyil. Bacardığım qədər güclü olmağa çalışıram. Çox qəribədir ki, oğlum dünyadan köçəcəyini bilirdi, görürdü. Mən görmürdüm, inanmırdım. Əli son vaxtlar çox həyəcanlanırdı, fikir edirdi. Onun öz problemləri olurdu, amma məndən gizlədirdi. Ayın 22-də özünü pis hiss etdi və həkimlərə zəng etdim. Sonuncu kardioloq dedi ki, toxunmayın. Mən onu qucaqlayıb, sinəmə basdım. Heç vaxt ağlıma gəlməzdi ki, Əli son nəfəsini verər. Əli əvvəl mənə dedi ki, əziyyətimi çox çəkmisən, sən güclü qadınsan, heç vaxt əyilmə! Sən sənətkarsan! Səni sevənlərin gözünü yolda qoyma, mən heç nə anlamırdım. Bacıma qışqırırdım ki, balam niyə belə deyir? Heç birimiz başa düşmədik ki, Əli son sözlərini deyir. Əllərimdən öpdü və son nəfəsini verdi".

Xalq artisti mərhum İlhamə Quliyevanı bağışladığını da etiraf edib: "Qarşıma bir sədd çəkiblər. Allah rəhmət etsin! Mənə bütün televiziyalarda qadağalar qoyulub, amma İhamə Quliyevanı bağışlamışam. Kim nə edirsə, özü üçün edir. O yuxularıma girib məndən hallalıq istəyib. Dili ilə deyib ki, Nazpəri mənim hallalığımı ver. Üç il məclislərə getmədim, efirlərdən uzaqlaşdırıldım".

Qeyd edək ki, xalq artistinin oğlu martın 22-də ürək tutmasından vəfat edib.


Müəllif: Rəqsanə Həsənova