7 Oktyabr 2021 12:41
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prodüser Tarix (Tolik) Əliyev Xəzər televiziyasından ayrılıb.

Teleqraf.com xəbər verir ki, Tolik sosial şəbəkədə bu barədə məlumat yayıb.

“Nəhayət ki, 5 ilə yaxındır çalışdığım, məni sizə daha yaxından tanıtdıran doğma “Xəzər”imizdən ərizəmi yazaraq uzaqlaşıram. Bu müddət ərzində ola bilər ki, hansısa yanlışlarım oldu. Peşəkar aparıcı və jurnalist olmasam da, bu illər ərzində bir çox peşəkar aparıcıların qarşısına çıxıb, onlara reytinqdə öz sözümü deməyi bacardım. Bunu kim dansa da, televiziya əməkdaşları çox yaxşı bilir. Siz tamaşaçıların mənə olan sevgisi və göstərdiyi diqqət sayəsində öz sözümü deməyi bacardım. Çünki hər aparıcı tamaşaçı sevgisini qazana bilmir. Baxmayaraq ki, Murad müəllim vəzifəyə gələn ilk gün “Hər şey daxil” verilişi bağlandı, amma mən bu günə qədər “Xəzər” kanalının əməkdaşı olaraq hər ay əmək haqqımı aldım. Düşünürəm ki, bu gün də ərizəmi yazmasaydım, hələ uzun müddət də maaşımı alacaqdım. Buna görə də, ayrıca Murad müəllimə təşəkkür edirəm.

Bundan sonra atdığım addım mənim izləyicilərimi və məni çox sevindirəcək. Tezliklə “Tarixin bir günü”nün yeni ünvanını biləcəksiniz. Təsadüfən efirdə qısamüddətli “aparıcılar” əlinizə xına çəkməyə tələsməyin. Sevinciniz çox çəkməz”, - o bildirib.


Müəllif: Rəqsanə Həsənova