7 Oktyabr 2021 12:57
472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq Artisti Röya Ayxanın Bakı Konqres Mərkəzində keçiriləcək “NAZLI” adlı solo konsertinin vaxtı dəyişdirilib.

Teleqraf.com xəbər verir ki, məşhur müğənninin 12, 13, 14 noyabr tarixlərində qeyd olunan konsert qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Sənətçi hazırda Türkiyədədir. Röya Ayxan onunla eyni səhnəni paylaşacaq orkestr rəhbəri ilə yenidən görüş keçirir, repertuar üzərində işləyir. Planlaşdırılan yeni tarix barədə mətbuata açıqlama veriləcək.

Qeyd edək ki, may ayında keçirilməsi planlaşdırılan konsert pandemiya səbəbindən, əvvəlcə oktyabr, daha sonra noyabr ayınadək təxirə salınmışdı.


Müəllif: Teleqraf.com