8 Oktyabr 2021 16:43
1 689
12 Punto 14 Punto 16 Punto 18 Punto

AzTV-də yenidən fəaliyyətə başlayan aparıcı Kamilə Babayeva verilişindən danışıb.

Kamilə Babayeva Teleqraf.com-a verilişinin formatını açıqlayıb: "Verilişin adı "Görüş yeri"dir. Pandemiyaya görə, verilişin mövsümünü mayda bitirmişdik. Bir ildən sonra "Görüş yeri" adıyla yenidən efirə qayıtmaq qərarına gəldik.

Veriliş restoranların birində çəkiləcək. Səhər saatlarında baş tutacaq və sayılıb-seçilən ziyalılar verilişimizin qonaqları olacaqlar. Çalışacağıq ki, səmimi ortamda söhbətimizi edək".

Qeyd edək ki, Kamilə Babayeva sonuncu dəfə ATV-də "5-ci element" verilişində aparıcılıq edib.


Müəllif: Rəqsanə Həsənova