Çeçenistan rəhbəri Ramzan Kadırov müğənni Dima Bilanla mübahisəsi yaranmış repçi Timatini dəstəkləyərək, ona Çeçenistan Respublikasının əməkdar artisti adının verilməsi barədə qərar qəbul edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Kadırov "Instagram" hesabında bildirib.
"Timati sağlam həyat tərzi keçirir - içmir, çəkmir, idmanla peşəkarcasına məşğul olur... Əfsuslar olsun ki, şou-biznesimizin bəzi nümayəndələri bu cür keyfiyyətlərlə malik deyil. Populyarlığa çatmaq üçün onlar ənənədən kənar cinsi təmayüllərilə öyünən, illərlə narkomanlıqdan müalicə kursu keçən qərb musiqiçilərini yamsılayır, axırda isə narkotikdən və ya infeksiyadan ölürlər", - Kadırov yazıb.
Dima Bilan ilə Timati arasında qalmaqala səbəb, Timatinin Bilan haqqında sosial şəbəkələrdə yerləşdirdiyi status olub.
Timati yazıb kı, Nijni Novqorod şəhərində konsert zamanı Dima Bilan narkotik təsiri altında olub.
Bilanın özü isə konsert zamanı halının pisləşməsini yorğunluğu ilə izah edib.
Qeyd edək ki, Nijni Novqorodda tamaşaçılardan bəziləri konsert təşkilatçılarından biletlərinin pulunu qaytarmağı tələb ediblər.
Rüstəm