12 Noyabr 2014 20:33
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cennifer Lopez sağlam və yaxşı fiziki formada qalmaq üçün faydalı qida əlavələri istehsal edən şirkətlə əməkdaşlıq etməyə başlayıb. İdmançılar üçün qidaların tərkibinə əzələ kütləsini artıran kreatin və hormonal tarazlığa müdaxilə edən digər əlavələr daxil deyil. Əksinə, Cenniferin reklam etdiyi məhsulların yağ yandırmağa kömək etdiyi, metabolizmi sürətləndirdiyi idda edilib.

Tabloid.az xarici mətbuata istinadən xəbər verir ki, məhsulların reklam kampaniyasında iştirak edən 45 yaşlı müğənni "Musiqilərim, filmlərin, kitabım, xeyriyyə işlərimlə qadınları ruhlandırmağa çalışıram. Mənim qida əlavələri istehsal edən şirkətlə əməkdaşlıq etməyimin səbəbi qadınlardır. Bu, yeni dəbə minən pəhriz deyil. Bu, metobolizmi sürətləndirən sağlam həyat tərzinin bir hissəsidir. Bədəninizi sevin".


Müəllif:

Oxşar xəbərlər