13 Oktyabr 2021 11:03
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilən Xalq artisti Arif Babayevin oğlu atasının səhhətinin yaxşılaşdığını deyib.

Xalq artistinin oğlu Yaşar Babayev Teleqraf.com-a açıqlamasında yaxında sənətkarın evə buraxılacağını bildirib.

"Atamın səhhəti yaxşıdır. Müalicə yaxşı davam etsə, bir həftədən sonra xəstəxanadan evə buraxılacaq", - o söyləyib.

Qeyd edək ki, Arif Babayev ötən ilin sentyabrında insult keçirib. Bir müddət əvvəl Türkiyədə müalicə olub, onun 83 yaşı var.


Müəllif: Rəqsanə Həsənova