13 Oktyabr 2021 15:25
1 652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Nuriyyə Hüseynova "MTV Azərbaycan" kanalında yayımlanan “Üzə-düz” verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Nuriyyə Hüseynova həyat yoldaşından danışıb:

“Təhsil aldığım illərdə mənə çox elçilər gəlirdi. Amma valideynlərim deyirdi ki, səni öz yerlilərimizdən başqa heç kimə ərə vermərik. İcazə vermirdilər ki, məni sevən hansısa oğlanla görüşüm, danışım, tanışım olum. İlk dəfədir bu barədə danışıram. Gələcək həyat yoldaşım olacaq şəxs də məktəbə arxamca gəlirdi, onunla da görüşməyə izn vermirdilər. Mənə "salam" verirdi, gedirdim ki, yaxın gəlməsin. Hətta dayılarım deyirdi ki, sən bizim üçün əmanətsən, valideynlərinə nə cavab verərik? Hər zaman diqqətli olmalıyam. Ona görə də heç kimi yaxınıma buraxmırdım, ürküb qaçırdım. Özümü müstəqil sevmək, sevilmək, sevgi nədir heç bilmədim. Dayım həyat yoldaşım barədə dedi ki, yaxşı oğlandır, təhsilli, əxlaqlı, ev-ailə qədri bilən bir insandır. Mən həyat yoldaşımla üz-üzə də gəlmirdim ki, tanış olaq, içimizdə sevgi yaransın. Xoşum gəlməsə də etiraz edə bilməzdim. 17 yaşım var idi. Yoldaşımın üstün cəhətləri olmasa idi, mən onunla ailə qurmazdım. Bu gün də peşman deyiləm, gözəl övladlarım var”.

Nuriyyə Hüseynova oğlundan da danışıb: “Oğlum hərbi həkimdir. Bir gün axşam evə gəldi ki, ana, sabah Qarabağa gedirəm. Müharibədən 15 gün keçirdi. O dönəm hamımız üçün həssas idi. Dedi ki, ana getməliyəm, çünki yaralıları Bakıya gətirmək gec olur. Balalarının onun dalınca ağlaması heç vaxt yadımdan çıxmaz. Orada çox işlər gördü. Mən fəxr edirəm ki, oğlum kimisə həyata qaytara bilib. Bu onun işidi. Hadrutda, Füzulidə, Cəbrayılda, Laçında oldu. Ayağını sındırıb gəlmişdi, bir ay evdə qaldı”.


Müəllif: Rəqsanə Həsənova