15 Oktyabr 2021 12:24
1 347
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum müğənni Səyyad Əlizadənin oğlu Atabəy Azad Azərbaycan televiziyasında qonaq olub.

Teleqraf.com xəbər verir ki, o, atasının sənətini davam edəcəyini açıqlayıb:

"Atamın yarımçıq arzuları var. Onları tamamlamağa çalışacam. İki-üç il sonra atamın sənətini davam etdirəcəm, səsim var".

İfaçının oğlu atasının çəkiliş zamanı koronavirusa yoluxduğunu deyib: "Avqustun 30-da çəkilişə getmişdik, oradan ağır vəziyyətdə gəldi, qızdırması qalxmışdı. Dörd gün ərzində buzlaşma üç-dörd faiz idi. Fərqli müalicələr edilirdi, dərmanlar ağır idi.

Səhhəti sentyabrın 12-də pisləşdi, 13-də isə xəstəxanaya yerləşdirildi. Xəstəxanaya yerləşdirildəkdən sonra danışa bilmədik".






















Müəllif: Rəqsanə Həsənova