16 Oktyabr 2021 12:22
1 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilən Xalq artisti Arif Babayev evə buraxılıb.

Bu haqda Teleqraf.com-a xalq artistinin oğlu Yaşar Babayev məlumat verib: "Atamın səhhəti yaxşıdır. Dünən axşam saatlarında xəstəxanadan evə buraxılıb".

Qeyd edək ki, Arif Babayev ötən ilin sentyabrında insult keçirib. Və bir müddət əvvəl Türkiyədə müalicə olub. Onun 83 yaşı var.


Müəllif: Rəqsanə Həsənova