17 Oktyabr 2021 00:23
1 129
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin "Kuruluş Osman" serialının baş rol ifaçısı Burak Özçivit haqqında istintaq başlayıb.

Teleqraf.com xəbər verir ki, serialın dörd işçisi Burak Özçivitin onları təhqir etdiyini və söyüş söydüyünü bildirərək hüquq-mühafizə orqanlarına şikayət ediblər.

Beykoz Baş Prokurorluğunda Burak Özçivit haqqında istintaq başlayıb. Aktyor ifadəsində

"Çəkilişdə stressli olduğum doğrudur. Amma heç vaxt söyüş söyməmişəm və təhqir etməmişəm", - deyə qeyd edib.

Qeyd edək ki, hadisənin 2020-ci il dekabrın 8-də "Kuruluş Osman" serialının çəkilişi zamanı baş verdiyi iddia edilib.





Müəllif: Rəqsanə Həsənova