16 Oktyabr 2021 15:46
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Elton Hüseynəliyev Prezident İlham Əliyevin sərəncamına əsasən "Əməkdar artist" fəxri adına layiq görülüb.

İfaçının həyat yoldaşı Teleqraf.com-a açıqlamasında Elton Hüseynəliyevin hazırda fəxri ada layiq görülməsindən xəbərsiz olduğunu deyib:

"Fəxri ada layiq görülməsindən xəbəri yoxdur. Hazırda təyyarədədir, yarım saat sonra şəhərə gələcək. Həmişə ona sənətkar deyə müraciət edəndə xoşlamırdı. Deyirdi ki, hələ buna layiq deyil. Elton çoxdan buna layiq idi. İnşallah layiq olan hər kəs fəxri ad alar".

Qeyd edək ki, ölkə başçısının sərəncamına əsasən müğənni Xəyyam Nisanov da "Əməkdar artist" fəxri adına layiq görülüb.


Müəllif: Rəqsanə Həsənova