18 Oktyabr 2021 12:07
6 865
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Şəbnəm Tovuzlu "Əməkdar artist" fəxri adına layiq görülən Elton Hüseynəliyev və Xəyyam Nisanovu məsxərəyə qoyub.

Teleqraf.com xəbər verir ki, bundan əsəbləşən prodüser Tarix Əliyev Şəbnəm Tovuzlunun ünvanına xoşagəlməz sözlər deyib:

"300 lirəlik konsert verib, ad almaq istəyir. Elton Hüseynəliyev və Xəyyam Nisanov fəxri ad alıb, başqa heç bir ifaçı ad almayıb. Xəyyamın hesabına Nikolay Baskovla şəkil çəkdirən sən Şəbnəmsən! Nə oldu, indi bəyənmədin. Eltonun sənəti sənin "sənətkar" dediklərindən hamısından çoxdur. Əsas "bozbaş" deyil. Deyəsən, Eltonun, Xəyyamın ad alması sizə yaman yer edib".

Şəbnəm Tovuzlu isə İnstaqram səhifəsində Tarix Əliyevə cavab verib: "Dəyərli dostum Tarix Əliyev, mən bir saat olar ki, Elton Hüseynəliyev və Xəyyam Nissanovun "Əməkdar artist" adına layiq görüldüklərini öyrənmişəm. Bu gün Nəfəs ilə videonu çəkəndə Xəyyam və Eltonun ad aldığını bilmirdim. Səhv anlaşılıb. Qızımın ad gününə görə xəbərləri oxumamışam. Bir daha təbrik edirəm, Elton Hüseynəliyev və Xəyyam Nisanov!"

Daha sonra hər iki məşhur paylaşımlarını siliblər.


Müəllif: Rəqsanə Həsənova