20 Oktyabr 09:14
718

Mətbuatda xalq artisti Canəli Əkbərov və həyat yoldaşının koronavirusa yoluxması haqda məlumat yayılıb.

Xalq artistinin qızı Teleqraf.com-a yayılan məkumatları təkzib edib: "Yalan məlumatdır. Sənətkarın adından belə bir xəbər yaymaq ayıbdır. Nə atam, nə də anam koronvirusa yoluxmayıb. Atam iki dəfə insult keçirib. Hazırda evdə müalicəsinə davam edir. Arada süni nəfəs aparatına qoşulur".

Qeyd edək ki, Canəli Əkbərovun 81 yaşı var.


Müəllif: Rəqsanə Həsənova