21 Oktyabr 2021 14:40
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Tünzalə Ağayeva bu gün ad gününü qeyd edir.

Teleqraf.com xəbər verir ki, xalq artisti doğum günü təəssüratlarını İnstaqramda bölüşüb:

“Özümə 45 yaşımın gözəlliyini, kefini çıxartmağımı, dolu yaşamağı diləyirəm. Bu il iki yubileyimi qeyd edirəm: səhnəmin 20 ilini və 45 yaşımı. Həyat və sənət yolum olduqca parlaq, rəngarəng və bəhrəlidir. Bunlar Allahın lütfü və mərhəmətidir.

Yaşadığım və rast gəldiyim bütün hadisə və imtahanlara minnətdaram. Həyatıma girən “pis, neqativ“ adlandırdığım insan və hadisələrə də ayrıca sağolum var. Çünki sonunda dərslərimdən beş almışam. Ailəmə, sevənlərimə həmişə minnətdaram. Sevməyənlər də sağ olsunlar, motivasiyamın artmasına səbəb olduqları üçün”.


Müəllif: Rəqsanə Həsənova