22 Oktyabr 2021 15:49
3 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu şəhərdə" komandasının üzvü, əməkdar artist Rafael İsgəndərovun qızı, şairə Gülnarə hicab bağladığı üçün tənqidlərə məruz qalıb.

Teleqraf.com xəbər verir ki, bu, Gülnarəni özündən çıxarıb. O, ünvanına xoşagəlməz ifadə işlədən şəbəkə izləyicilərinə cavab verib:

"Bilib-bilmədən ağzınıza gələni yazmaqdan utanmırsınız? Ay bisavad insan, hicab bağlamağın reklamı olur?! Yazıblar ki, "üzündə makiyaj var, belələri bilir ki, islam nədir?" Adama deyərlər. bəlkə də sən süfrə arxasında oturub "Allah bizi qorusun" deyib araq içərkən mən ibadətlə məşğul idim.

İnsanlar haqqında boş-boş danışmağı bilirlər. Mən hicabı kiminsə xoşuna gəlmək, özümü göstərmək üçün yox, Allahın əmri olduğu və axirəti düşündüyüm üçün bağlamışam".


Müəllif: Rəqsanə Həsənova